"Avroviziya-2022"nin ilk finalçıları məlum oldu
11 may 2022 01:15 (UTC +04:00)

"Avroviziya-2022"nin ilk finalçıları məlum oldu

İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub.

Lent.az xəbər verir ki, birinci yarımfinal mərhələsində 17 ölkənin - Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistanın təmsilçiləri çıxış edib.

Çıxışlar bitdikdən dərhal sonra səsvermə mərhələsi başlayıb. 17 ölkədən ən çox səs toplamış 10 ölkə 14 mayda keçiriləcək final mərhələsinə yüksəlib. Həmin ölkələr bunlardır: İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli ikinci yarımfinalda - 12 mayda çıxış edəcək.

# 2367
avatar

Oxşar yazılar