"Avroviziya-2022"nin  birinci yarımfinalı başladı
10 may 2022 23:10 (UTC +04:00)

"Avroviziya-2022"nin birinci yarımfinalı başladı

İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

Lent.az xəbər verir ki, bu mərhələdə 17 ölkənin - Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistan təmsilçiləri çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Nadir Rüstəmli ikinci yarımfinalda - 12 mayda çıxış edəcək.
 

# 1962
avatar

Oxşar yazılar