"Avroviziya-2022": İkinci yarımfinal başladı
12 may 2022 23:01 (UTC +04:00)

"Avroviziya-2022": İkinci yarımfinal başladı

İtaliyanın Turin şəhərində keçirilən "Avroviziya-2022" mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.

APA xəbər verir ki, yarımfinal "PalaOlimpico" qapalı arenasında təşkil olunub. 

İkinci yarımfinal mərhələsində Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç təmsilçiləri çıxış edəcək.

Azərbaycanı təmsil edən Nadir Rüstəmli 4-cü nömrə altında "Fade To Black" mahnısı ilə çıxış edəcək.

# 2112
avatar

Oxşar yazılar