Atasının qadınlarla sevişməyini izləyən, “dəlixanada” yaşayan ən bahalı rəssam
13 mart 2023 00:01 (UTC +04:00)

Atasının qadınlarla sevişməyini izləyən, “dəlixanada” yaşayan ən bahalı rəssam

Güzgülü otaqlar, müxtəlif ölçülü dairlərlə örtülmüş dünya, qəribə çiçəklər. Bütün bunlar dünyanın ən bahalı 7 rəssamından biri, əsərləri milyon dollarlara satılan Yayoyi Kusamanın əl işlərinin əsas süjet xəttidir. 

Sürrealist rəssam Yayoyi Kusama 1929-cu il martın 22-də Yaponiyanın Matsumoto şəhərində doğulub. Qızın gələcək həyatında arvadbaz atasının və dəli kimi qısqanc olan anasının çox mənfi rolu olub. Anası 10 yaşlı qızını məcbur edirdi ki, atasını güdsün, gəlib baş verənləri ona danışsın. Qız dəfələrlə atasının fərqli qadınlarla sevişmə səhnələrini izləməli olmuşdu və elə o vaxtdan seksdən iyrənmiş, kişi bədəninə nifrət eləmişdi. 

Nəticədə hazırda 94 yaşı olan dünya şöhrətli rəssam bütün ömrünü tənha keçirməli oldu. Müsahibələrindən birində o dünyadan bakirə köçəcəyini etiraf eləmişdi. Daha bir qəribəlik budur ki, kişi bədəninə nifrət edən məşhur rəssam əsərlərində kişi penisini hər dəfə fərqli formalarda çəkir, ona nifrətini təzahür etdirir.
18 yaşında anasının etirazlarına baxmayaraq incəsənət məktəbinə daxil olan Yayoyini milli sənət deyil avanqard qərb incəsənəti maraqlandırırdı. 

Onun əsərləri başdan-başqa çilənmiş rənglərdən, rəngarəng xallardan, dairələrdən, nöqtələrdən ibarət  idi. Psixoloji problemləri olan gənc Yayoyi öz təxəyyülündəkiləri  kətana köçürür və bundan yaxşı pullar qazanırdı. Bütün dünya bir xəstə təxəyyülün nələr yarada biləcəyinə heyranlıq duyur.

Məşhurlaşdıqdan sonra öz təbirincə desək,  “feodal düşüncəli Yaponiya” ona dar gəlməyə başladı, Yeyi Fransaya, ordan da Amerikaya köçdü. Gənclik illərini bu ölkələrdə keçirsə də, kamillik yaşlarında vətəninə döndü.

Yayoyi Kusamanın hərracda satılmış ən bahalı əsərinin qiyməti 7 milyon dollar təşkil edib. 
Rəssam düz 46 ildir Tokioda Şindjuku rayonunda yerləşən psixatirik klinikada yaşayır. O klinikanı da öz əl işləri ilə bəzəyib. Rəssam qadın bildirir ki, əgər rəssamlıq etməsəydi, çoxdan ölüb gedərdi, onu həyatda saxlayan qüvvə sənətə sevgisidir. Yayoyi əsərlərini yaratmaq üçü hər gün səhər tezdən klinikadan çıxıb, 12 saatlıq iş rejimindən sonra geri dönür.

Bu klinikada onun əsərlərindən ibarət qalereya, sərgi salonları mövcuddur. Rəssam əsərlərindən gələn gəlirin böyük hissəsini klinikaya sərf edir. 

Dünyada açılan sərgilərinə isə Yayoyinin əvəzinə, eynən özünə bənzəyən robotu gedir, onun əvəzinə mükafatları, iltifatları qəbul edir.

Bax belə, bu dünyada dəli kimdir, ağıllı kimdir, anlamaq çox çətindir. Xüsusən Yayoyinin xallı dünyasında.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1465

Oxşar yazılar