Hollivud ulduzu, Kaliforniya ştatınının keçmiş qubernatoru Arnold Şvarsenegger “Fubar” adlı serialda debüt edib.
Lent.az-ın məlumatına görə, çox sayda filmlərdə rol alsa da, aktyor bu günə qədər seriallarda çəkilməkdən imtina edirdi. Komediya janrındakı casus filminin süjet xətti aktyorun xoşuna gəlib və o çəkilməyə razılıq verib. Arnold Şvarsenegger serialda Lyuk adlı casusun obrazını canlandıracaq.
“Hara gedirəmsə, mənə yeni filmə nə zaman çəkiləcyimi soruşurdular. Alın, bu da sizə film. Düz bir mövsüm məni izləyəcəksiniz”, - aktyor bildirib.
Arnold sonuncu dəfə 2019-cu ildə “Terminator: Qara talelər” filmində çəkilmişdi.