Aktrisa 65 yaşında  öldü   - FOTO
01 aprel 2022 23:44 (UTC +04:00)

Aktrisa 65 yaşında öldü - FOTO

Sovet aktrisası Aleksandra Yakovleva 65 yaşında vəfat edib.

Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə aktrisa ilə birlikdə işləyən rejissor Nikolay Lebedev məlumat yayıb.

O bildirib ki, mərhum uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Qeyd edək ki, aktrisa “Ekipaj”, “Sehrbazlar”, “Kapuçine bulvarından olan adam” və bir çox başqa filmlərdəki rolları ilə tanınır.

# 2340
avatar

Oxşar yazılar