Adilə Naşiti kim qaçırmağa cəhd etdi, o nəyin cəriməsini ödədi?
02 mart 2023 14:22 (UTC +04:00)

Adilə Naşiti kim qaçırmağa cəhd etdi, o nəyin cəriməsini ödədi?

Lent.az “ Məşhurlardan gülməcələr” silsiləsindən daha bir maraqlı xatirəni diqqətinizə çatdırır.

Bir dəfə Türkiyənin tanınmış aktyorları Adilə Naşit, Münir Özkul, Kartal Tibet və Tarik Akan film çəkilişindən çıxıb  evə gedirlər.

Hamısı Kartal Tibetin avtomobilinə oturur. Yorğun iş günündən sonra Münir Özkul xahiş edir ki, heç kim iş barəsində danışmasın. Münir bəyin keyfi yox imiş. Kartal Tibet kiçik bir zarafat edib, hamısının keyfini açmağa çalışır. Avtomobilin qəfil əyləcini basır. Tarik Akan əlini avtomobilin pəncərəsindən çıxarıb qapıları, damı döyəcləyir, avtomobil silkələnir. “Aman zəlzələlə olur, ölürük” deyib hay - küy salırlar.

Adilə Naşit çox bərk qorxur. Onun  qorxudan ağladığını görən aktyorlar zarafat etdiklərini deyirlər. Adilə xanım susur. Yola davam edirlər. Lakin aktrisanın  intiqamı özünü çox gözlətmir. Qarşıda yol polisini görən Adilə Naşit başını pəncərədən çıxarıb, “Kömək edin, məni qaçırırlar”  deyir, qışqır- bağır salır. Yol polisi siqnal verə - verə onların avtomobilinin dalına düşür. Avtomobili saxlayırlar.

Aktyorlar “Aman Adilə abla, polislə zarafat olarmı, etmə, eləmə” deyirlər. Münir Özkul avtomobldən düşüb bunun zarafat olduğunu desə də, Adilə Naşit  polis yaxınlaşan kimi israrla qaçırıldığını söyləyir. Polislər məşhur aktyorları tanısalar da Adilə Naşitin ciddi baxışları nəticəsində əlacsız qalıb, kişi aktyorları qandallamalı olurlar. Onları bölməyə aparaq istəyəndə Adilə Naşit gülərək dostlarının zarafatının intiqamını aldığını deyir və buraxılmalrını xahiş edir. 

Polisi məşğul etdiklərinə görə, aktyorlara böyük məbləğdə cəza yazılır. Həmin məbləği Adilə Naşit özü ödəməli olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1900

Oxşar yazılar