Zorlamada təqsirli bilinir, lotereyada  CEKPOT UDDU
07 sentyabr 2023 17:38 (UTC +04:00)

Zorlamada təqsirli bilinir, lotereyada CEKPOT UDDU

0

7,2 milyon funt-sterlinq (8,5 milyon dollar) lotereya cekpotunu udan məhkum edilmiş təcavüzçüyə udduğu pula tam giriş hüququ verilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 1989-cu ildə Yorvort Hoare məktəbli Şirli Vudsmana hücum və təcavüz etdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.

O,  1973-cü ildə baş vermiş zorlama və digər cinsi cinayətlərə görə də altı il əvvəl məhkum olunub. 2004-cü ilin avqustunda 70 yaşlı Hoare həftə sonu üçün Qlosterşirdəki Layhill Açıq Həbsxanasından "Lotto Extra" bileti alıb. Ona ilk dəfə 2005-ci ildə həbsdən azad olunma şərtləri çərçivəsində tam lotereya uduşlarına giriş hüququ verilib.

Qeyd olunur ki, lisenziya aldıqdan sonra Yorvort hər ay lotereya bileti alıb. Nəticədə, məhkum edilmiş təcavüzkar bütün cekpotunu yalnız fondun qəyyumlarının - Daxili İşlər Nazirliyinin rəsmisi, mühasib Hoare və vəkilinin razılığından sonra istifadə etməyə icazə verilib.

Hoare tərəfindən zorlanan Şirli Vudsmanın ailəsi kişini qazandığı pulu xeyriyyəçiliyə bağışlamağa çağırır. Onun cinayətinin qurbanı artıq dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3068

Oxşar yazılar