Zəlzələdə sağ qalan futbolçu: “14 mərtəbə endim, elə bildim ölmüşəm”
08 fevral 2023 15:04 (UTC +04:00)

Zəlzələdə sağ qalan futbolçu: “14 mərtəbə endim, elə bildim ölmüşəm”

Təsəvvür edin, zəlzələ baş verən an evinizdə yatırsınız, bina silkələnir və möcüzəvi şəkildə sağ qalırsınız. Türkiyədə baş verən zəlzələdə sağ qalanlardan biri də "Adana Demirspor" futbol klubunun norveçli futbolçusu Fredrik Gulbradsendir. 

Lent.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yaşadığı nəfəskəsən anlar barədə paylaşım edib. 

O, deyib ki, 15 mərtəbəli binanın on dördüncü mərtəbəsində yaşayan futbolçu zəlzələ baş verən zaman yatırmış:

“Nə qədər qorxduğumu, yaşadığım dəhşəti izah etməyim mümkün deyil. Yatırdım və silkələnmənin şiddətinə oyandım. Sarsıntı getdikcə gücləndi. Yatağımdan qalxmaq üçün hərəkətləndiyim anda ayaqda dayana bilmədim və yataqdan yıxıldım. Ayağa qalxmaq istədim, amma mümkün olmadı. Zəlzələ bitəndən sonra sağ qalmaq üçün hərəkətə gəldim. Tez bir neçə paltar götürdüm, 14-cü mərtəbədən aşağı düşdüm. Aşağı enəndə hər addımımda “bina indi çökəcək”, - deyə, düşünürdüm. Yaxşı ki, yaşadığım binaya heç nə olmayıb. Çölə çıxanda binadan qaçaraq uzaqlaşan insanları gördüm”. 

Zəlzələnin təsirindən çıxa bilmədiyini deyən Fredrik “Yaxşı ki, həmin an nişanlım mənimlə deyildi. Yaşadıqlarımı yaşamasını istəməzdim. Məndə travma yarandı.Hələ də o anları unutmamışam. Öləcəyimi sandım. Binanın silkələnməsini beynimdən silə bilmirəm. Sanki bir qayıqda idim və böyük fırtına ilə qarşılaşmışdım. Bu bölgədə çoxlu bina yıxılıb. Ağlım zərərçəkən insanlardadır. Çox ağır bir təcrübə oldu. Sağ qalanlarda belə böyük bir travma qalacaq. Həyatın normala dönməsi çox ağır olacaq. Qurtulan, binaları yıxılmayan insanlar necə güvənib yenidən binalarda yaşaya biləcək?”, - deyə, yazıb. 

# 2856
avatar

Nigar Namiq

Oxşar yazılar