Britaniyalı kişi qızının adını bədəninə 667 döymə ilə yazdırıb. Bununla da o, "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 49 yaşlı Mark Ouen Evansın dediyinə görə, o, əvvəlcə 2017-ci ildə rekordçu olub - sonra onun kürəyində qızı Lüsinin adı ilə 267 döymə etdirib.
Bununla belə, 2020-ci ildə bədəninə adını 300 dəfə döymə etdirən amerikalı Diedre Vigel onu qabaqlayıb. Üç il sonra Evans, hər ayağında 200 - "Lucy" yazısı olan daha 400 döymə edərək, "Rekordlar Kitabı"na adını yenidən həkk edib.
"Mən rekordu geri götürmək və qızıma həsr etmək üçün səbirsizlənirdim" - deyə britaniyalı açıqlama verib.
