Dünya şöhrətli keçmiş tennisçi Mariya Şarapova məşhur kosmetika brendlərinin reytinqində Kim Kardaşyanı üstələyib.
Lent.az-ın xəbərinə görə, idmançı xanım kosmetika brendlərinin uğurlu qadınları əks etdirən reytinq cədvəlində onuncu yeri tutub.
O bu siyahıda Cenifer Lopesi, Kim Kardaşyanı və Ledi Qaqanı üstələyib. Siyahıya müğənni Rihanna liderlik edir. İkinci yerdə Kayli Cener, üçüncü yerdə Selena Qomes dayanıb.