İfrazatdan hazırlanan ən bahalı ətir barədə maraqlı faktlar
04 mart 2023 14:15 (UTC +04:00)

İfrazatdan hazırlanan ən bahalı ətir barədə maraqlı faktlar

Balinanın ifrazatından insanı bihuş edən ətir alındığını bilirdiniz? Söhbət əfsanəvi ənbərdən gedir.

Ənbər “Physeter macrocephalus” adlı balinanın ( kaşalot) dənizə axıtdığı ifrazatdan hazırlanır.

Lent.az-ın xəbərinə görə, bu balinaların baş nahiyəsindəki vəzlər yağlı və mumu xatırladan bir maddə ifraz edir.

Bu balinanı digər balina növlərindən fərqləndirən mühüm xüsusiyyət həzm sistemindən ifraz olunan ifrazatda ənbər adlı ətirli kimyəvi birləşmənin olmasıdır. Bu ətirli kimyəvi birləşmənin balina üçün hansı faydası olduğu hələ də bilinmir.

İfraz edilən ənbər onun bədəndən iyirmi santimetrdən kiçik “yumurtalar” şəklində atılır və suyun üzünə yayılır. Bir balinanın ildə 300 kiloqrama qədər ənbər ifraz etməyə qadir olduğu təxmin edilir. Ölü balinaların qarnı açıldıqda orta hesabla 45 kiloqram ənbər əldə etmək olar.

Elmi adı “Anbergris” olan ənbər Çin, Yapon dənizlərinin sahillərində və Madaqaskar, Benqal, Yava və Sumatra, Baham adaları kimi tropik ölkələrdə toplanır. Sudan yüngül olduğu üçün dənizin üstündə üzür və sahilə atılır.

Ənbər kül rəngli, bal mumu sərtliyində maddədir. Yanan zaman xüsusi bir qoxu yayır və çoxlu kül buraxır.

Əvvəllər qızıla bərabər tutulan ənbərin kilosu təxminən 300 manatdır. Söhbət əlbəttə süni yollarla ənbərdən gedir. Ənbər bu gün dünyanın brend sayılan bütün bahalı ətirlərinə qatılan komponentdir.

Balina ovuna qadağa qoyulduğu üçün indi ənbər sintetik üsullarla hazırlanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8323

Oxşar yazılar