Futbol agenti qadından federasiya prezidentinə İTTİHAM:  "Məni evinə çağırıb..."
10 yanvar 2023 16:11 (UTC +04:00)

Futbol agenti qadından federasiya prezidentinə İTTİHAM: "Məni evinə çağırıb..."

0

Futbol agenti Sonya Suid Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qreni cinsi qısnamada ittiham edib.

“Onda mənim 28, onun isə 72 yaşı var idi. O, heç vaxt mənə agent kimi yov, sadəcə çeynəmək üçün konfet parçası kimi baxırdı. Kobud desək, mənim iki döşümü və arxamı görürdü. Mən nadir qadın agentlərdənəm, özümü sübut etməyə çalışıram. Buna baxmayaraq, anladım ki, onu maraqlandıran yeganə şey mənim iki sinəm və arxamdır. Bu zorakılıqdır, məni incidib. Bu alçaldıcıdır”, - Lent.az xarici mediaya istinadla bildirir ki, Sonya Suid deyib. 

Suid həmçinin bildirib ki, 2014-cü ildə Le Qre onu iş məsələlərini müzakirə etmək üçün öz mənzilinə dəvət edib. Otağa girəndə iki qədəh şampan görüb. Suid mənzili tərk etmək üçün bəhanə tapa bilib.

Xatırladaq ki, daha əvvəl Le Qre müsahibələrinin birində Zidanla bağlı sualı cavablandıraraq, Zinəddin ona zəng etsə, telefonu qaldırmayacağını bildirmişdi. Le Qre daha sonra keçmiş futbolçudan üzr istəyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2112

Oxşar yazılar