Cərrahlar Raçna Murty və Jonathan Ros ən mükəmməl burunlu məşhur qadınları açıqlayıblar.
Lent.az xəbər verir ki, müvafiq material "The Sun"un saytında yer alıb.
Ulduzların görünüşünü təhlil edərkən həkimlər burun dəliklərinin enini, burun körpüsündən qaşlara qədər olan məsafəni, həmçinin burnun özünün enini və uzunluğunu nəzərə alıblar. “Bu burunların hamısı demək olar ki, mükəmməldir. Onların nisbəti ilahi nisbətin 75-90 faizi arasındadır” deyə bildiriblər.
Belə ki, birinci yerdə müğənni Ariana Qrande qərarlaşıb. Mütəxəssislərin fikrincə, yuxarıda göstərilən meyarlar qızıl nisbətə 90 faiz uyğun gəlir. İkinci yerdə 84 faizlə Disney ulduzu Zendaya qərarlaşıb.
"Demək olar ki, mükəmməl burun uzunluğu var, lakin onun burun dəlikləri bir az daha geniş idi" ekspertlər qeyd edib.
Hollivud aktrisası Skarlett Johansson və Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl 83 faizlə üçüncü və dördüncü yerləri tutublar. Onları burun nisbətləri 80 faizlə qiymətləndirilib. Siyahıda onlardan sonra Emmi mükafatı laureatı Codi Komer gəlib.
Bundan əlavə, həkimlər müğənnilər Teylor Svift, Cennifer Lopez, həmçinin aktrisalar Mişel Kiqan və Priyanka Çopranı qeyd ediblər. Siyahının sonuncusu Uels şahzadəsi Ketrin idi. Onun nəticəsi 79 faiz olub.