Bu milyarderlərin sərvəti 16 milyard dollar ARTIB
01 fevral 2023 16:06 (UTC +04:00)

Bu milyarderlərin sərvəti 16 milyard dollar ARTIB

Rusiya milyonçularının sərvəti bir ayda 16 milyard dollar artıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Bloomberg Milyarderlər İndeksinin (BBI) məlumatına görə, ən zəngin rusların sərvəti 2023-cü ilin əvvəlindən bir ayda 16,11 milyard dollar yüksəlib.

Real vaxtda aktivlərinin dəyərini əks etdirən milyarderlərin reytinqinə 23 Rusiya vətəndaşı daxildir. Siyahıda birinci  Vaqit Ələkbərovdur ("Luoyl"un təsisçisi, üstəgəl 2,5 milyard dollar, hazırkı sərvəti 17,9 milyard dollardır), ikinci yerdə Aleksey Mordaşov (Severstal, üstəgəl 1,54 milyard dollar, ümumi qiymətləndirmə 20,2 milyard) və Vladimir Potanin (Norilsk Nikel, üstəgəl 1,32 milyard) gəlir.

Potanin reytinqdə Rusiya vətəndaşları arasında ən zəngini olaraq qalır - 29,9 milyard dollar. Onu 25,8 milyardla Leonid Mixelson (Novatek) və Vladimir Lisin (NLMK, 20,6 milyard) izləyir.

# 1596
avatar

Fidan İlqar

Oxşar yazılar