11 il bundan əvvəl britaniyalı təmzilik işçiləri köhnə binalardan birinin bacasında göyərçin skeleti tapdılar.
Lent.az xarici mediaya istinadla bildirir ki, onun ayağına bağlanmış kiçik qutunun içindən bir məktub çıxdı. Məktub şifrələrdən ibarət idi. Bu sirli məktub Britaniya xüsusi xidmət orqanlarının, hətta kraliçanın belə marağını çəkdi. 27 kombinasiyadan ibarət şifrədən yalnız serjant sözünü oxumaq mümkün oldu.
Xüsusi xidmət orqanları şifrəni açmaqda çətinlik çəkib keçmiş kəşfiyyatçılara üz tutdular. Suallara sadə bir vətəndaş cavab tapdı. O dedi ki, poçt göyərçini bacadan tapıldığına görə, o məktub əslində kəşfiyyat xarakteri daşımayıb, sadəcə Santa Klausa yazılıbmış.
Bu versiya ilə insanların diqqəti yayındırılsa da, əlbəttə 27 kombinasiyalı o sirli məktubun araşdırılması müəyyən dairələrdə aparıldı. Cavab isə “məxfi” qrifi altında arxivlərə atıldı. Məktub sirr olaraq qaldı.