Antarktida yaxınlığında tədqiqatçılar 20 "qolu" olan dəniz canlısı aşkar ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tapıntıya olduqca maraqlı bir ad verilib - Antarktika lələkli çiyələk ulduzu.
Təbii canlı, çiyələyə bənzəmirdi, lakin elm adamları onda bildiyimiz məşhur giləmeyvə ilə çox oxşar olan kiçik bir çıxıntı tapıblar.
Alimlər bildiriblər ki, yeni kəşf edilən növün rəsmi adı "Promachocrinus fragarius"dur. O, dəniz ulduzları, dəniz kirpiləri və dəniz xiyarlarını əhatə edən "Crinoidea" sinfinə aiddir. "Fraqarius" adı isə latınca "fragum" sözündən gəlir, yəni çiyələk deməkdir.