Yaponiyalı bir alim bir il ərzində başına nəhəng quş maskası taxaraq gəzib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə Tokio Universitetinin dosenti Toşitaka Suzukinin dərc etdiyi qəribə foto ortaya çıxıb.
O, meşədə başında nəhəng quş maskası olan bir adamın şəklini çəkib. Məlum olub ki, bu, onun bir il ərzində “maskalı” olan alim yoldaşıdır. Bununla o, çaxnaşma yaratmadan böyük quşların yuvasına mümkün qədər yaxınlaşmaq istəyib.
Ornitoloqların fikrincə, bir sıra quşlar insan üzünü yadda saxlamağa qadirdir. Hər dəfə bu şəxslərin yaxınlaşdığını gördükləri zaman xəbərdarlıq zəngləri üçün normal cik-ciklərini dayandırmağa meyllidirlər.
Bir dəfə yarasaların və quşların davranışını və təkamül kimyasını tədqiq edən, adı açıqlanmayan bir alim başına quş papağı qoyaraq yuvaya yaxınlaşıb və onların balalarını çəkib. Nəhəng bir quş kimi görünsə də, bu addımın onun işinə yarayacağını və quşların cıvıltılarını araşdırmaq üçün ona yaxınlaşmağa kömək edə biləcəyini düşünüb.
Professor Suzuki bildirib ki, həmkarı bir il ərzində maska taxmalı olub, lakin sonda təcrübə uğursuzluqla nəticələnib. Quşlar onun yaxınlaşdığını görəndə hər dəfə qışqırmağa başlayıblar. Tədqiqatçı baş geyimini çıxarıb yuvaya yaxınlaşanda da özlərini eyni şəkildə aparıblar.
