9 yaşında Moskva Dövlət Universitetinə daxil olan Alisa Teplokovanın anası Natalya 8-ci övladını dünyaya gətirib.
Lent.az-ın məlumatına görə, rus ailə uşağa Süleyman adını verib. Buna səbəb ailənin “Möhtəşəm yüz yıl” serialının fanatları olmasıdır.
8 uşaqlı ailə bir otaqlı mənzildə yaşayır. Ailə başçısı Yevgeninin hiperaktiv və kobud adam olduğu deyilir. Bununla belə, o uşaqlarının təhsilinə çox ciddi yanaşır.
9 yaşlı Alisa qardaşı doğulan gün dərsə gəlməyib. Deyilənə görə, o, çoxuşaqlı ailədə yeganə vunderkind deyil. Onun 8 yaşlı qardaşı Heymdall ötən il, yəni 7 yaşı olanda ali məktəbə imtahan verib.