Zeynəb Dostəliyeva  ÖLÜM AYAĞINDADIR:   Bacısı Lent.az-a DANIŞDI
01 fevral 2023 16:45 (UTC +04:00)

Zeynəb Dostəliyeva ÖLÜM AYAĞINDADIR: Bacısı Lent.az-a DANIŞDI

Xalq artisti Nazpəri Dostəliyevanın bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən bacısı, müğənni Zeynəb Dostəliyevanın vəziyyəti ağırlaşıb.

Xalq artisti Lent.az-a açıqlamasında bildirib ki, bacısı hazırda reanimasiyadadır və vəziyyəti ağır olaraq qalır:

"Az əvvəl xəstəxanadan gəlirəm. Bacımın vəziyyəti ağır olaraq qalır. Həkimlər müalicə edirlər və hələlik yaşayacağına heç bir zəmanət verə bilmirlər. Yoluxduğu virusla əlaqədar qanı qatlaşıb, ürək damarında tromb əmələ gəlib. Hazırda qaraciyər və böyrək transplantasiyasına ehtiyacı var və bir-iki günə hər şey dəqiqləşəcək. Allah köməyimiz olsun".

Qeyd edək ki, Zeynəb Dostəliyeva daha öncə böyrəyindən müalicə alırdı. Lakin ötən həftə qripə yoluxduğuna görə vəziyyəti ağırlaşıb. 

# 159498
avatar

Nigar Namiq

Oxşar yazılar