Xərçəng xəstəsi   olan müğənni öldü
01 yanvar 2023 17:43 (UTC +04:00)

Xərçəng xəstəsi olan müğənni öldü

 “The Pointer Sisters” qrupunun üzvlərindən biri olan amerikalı müğənni Anita Pointer xərçənglə mübarizə apardıqdan sonra 74 yaşında vəfat edib.

Lent.az bildirir ki, sənətçinin ölümü ilə bağlı agentinə və müğənninin ailəsinə istinadən “Hollywood Reporter” xəbər verir.

Anita Pointerin ölümünü şərh edən agenti Rocer Nil qeyd edib ki, o, “xərçənglə qəhrəmancasına mübarizə aparıb". O, əlavə edib ki, “The Pointer Sisters”in yaradıcılarından biri ailəsi və dostlarının əhatəsində dünyasını dəyişib.

Məlumdur ki, 2020-ci ildə qrupun digər üzvü Bonni Pointer 70 yaşında dünyasını dəyişib. Sənətçinin Los-Ancelesdə (Kaliforniya) ürək tutmasından vəfat etdiyi dəqiqləşib.

Bonni Pointer 1969-cu ildə bacısı Cun ilə birlikdə “The Pointers” qrupunu yaradıb. Daha sonra Anita və Rut adlı digər bacılar komandaya qoşulublar və qrup öz adını “The Pointer Sisters” olaraq dəyişib. Bonni özü 1977-ci ildə qrupdan ayrılıb.

“The Pointer Sisters”in ən böyük populyarlığını kantri üslubunda “Fairytale” mahnısı gətirib. Qrup 1974-cü ildə buna görə “Grammy” musiqi mükafatını alıb. Qrupun “Yes We Can Can”, “Wang Dang Doodle” və “How Long” (Betcha' Got a Chick on the Side) mahnıları da məşhurdur.

# 3801
avatar

Oxşar yazılar