Xərçəng olan aktyor iki dostuna  ÜSYAN ETDİ
30 dekabr 2022 12:52 (UTC +04:00)

Xərçəng olan aktyor iki dostuna ÜSYAN ETDİ

Bir müddət öncə ağciyər xərçəng xəstəliyinə görə əməliyyat olunan Türkiyənin məşhur aparıcısı Armağan Çağlayan onu bu müddət ərzində yalnız qoyan iki yaxın dostu haqqında gileylənib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, pis günlərində onunla maraqlanan hər kəsə təşəkkürünü bildirən aparıcı, dostları Ayta Sözeri və Nükhet Durunun ona zəng etmədiyini deyib. Armağan “Twitter” hesabında onların barəsində paylaşım edib:

“İndi lazımsız kaprizlərimlə bir dəqiqənizi alacağam. Xəstəliyim boyunca o qədər çox zəng edən, maraqlanan, yazan oldu ki, açığı bu qədər sevildiyimi bilmirdim. Hamınıza minnətdaram. Sonsuzadək. Amma iki adamın maraqlanmaması məni çox məyus etdi. Biri Nükhet Duru, digəri isə Ayta Sözeridir. Bu, giley deyil. Gileylənməyə haqqım yoxdur onsuz da. Bu, sadəcə öz sərhədlərimi daha yaxşı müəyyən etməyim üçün özümə bir xəbərdarlıqdır. Ən sevdiklərimizin kiçik də olsa, sevdiyi ola bilmirik bəzən. İnsan qırılır…”

Ayta Sözeri Armağanın bu sözlərinə məkanların birində çıxış etdiyi zaman münasibət bildirib:

"Həyatım boyu belə mövzulardan həmişə uzaqlaşdırıldığım üçün nə anamın, nə də atamın xəstəliyini bildim. Xəstə bir insana nə deyəcəyimi bilmirəm. Amma haqsızam. Armağan Çağlayan, çox keçmiş olsun. Üzr istəyirəm”.

# 3492
avatar

Oxşar yazılar