Bəstəkar və müğənni Hacı Nazim dünyasını dəyişmiş atasına mahnı həsr edib. Lent.az-ın məlumatına görə, ifaçının yeni bəstələdiyi “Gəl ata” adlı mahnının sözləri Altay Yaşara, aranjemanı Fərid İmana məxsusdur: “Mahnını mərhum atama və onun simasında dünyasını dəyişmiş atalara həsr etmişəm. Altay Yaşara zəng etdim və ona atamın yatdığı xəstəxanada baş vermiş hadisəni danışdım. Atam yalnız mənə baxırdı və nəsə demək istəyirdi. Lakin ürəyindəkilərini deməyə tam zamanı olmadı. Altay da xahişimi nəzərə alıb, mahnı üçün sözlər yazdı. Həmin sözlərə musiqi yazdım və oxudum. Artıq necə alındığına dinləyicilər qərar verər”.