Xatirə İslamın yeni əməliyyatı söz-söhbətə səbəb oldu - Özü DANIŞIR
17 noyabr 2022 12:17 (UTC +04:00)

Xatirə İslamın yeni əməliyyatı söz-söhbətə səbəb oldu - Özü DANIŞIR

Müğənni Xatirə İslamdan yeni xəbər var. 

Lent.az xəbər verir ki, o, ikinci dəfə bədən şəkilləndirmə əməliyyatı keçirməsi barədə yayılan xəbərləri "Instagram" hesabında məlumat paylaşaraq, təkzib edib.

İfaçı süd vəzindən əməliyyat olunduğunu bildirib:

"Əziz jurnalistlər və səhifə adminləri, yenə də ürəyiniz istəyən kimi məlumat yaymısınız. Bu dəfəki əməliyyatımda bədən şəkilleədirmədən söhbət gedə bilməz. Bir cox qadınlarda olduğu kimi süd vəzi problemini həll etdik. Limfalarımda olan kistaların götürülməsi məsləhət görüldü. Üzərimdə əziyyət çəkən Tibb Universiteti Onkologiya kafedrasının dosenti Nəsimi Qasımova, daha bir onkoloq dosent Həqiqət Vəliyevaya, öz doğma bacım, bütün əməliyyatlarımda candan çalışan Günel Əzizovaya minnətdaram. Nə yaxşı ki, mən bu cür insanların dostuyam. Buna görə çox razıyam Allahdan. Hər şey normaldır, artıq evdəyəm. Hamınızı sevirəm, tezliklə görüşmək ümidi ilə".

Qeyd edək ki, Xatirə İslam daha öncə bədən şəkilləndirmə əməliyyatı etdirmişdi.

# 3861
avatar

Nigar Namiq

Oxşar yazılar