Xalq artistindən məktəbdəki davaya REAKSİYA:  "Güclünün "adamı" var deyə..."
05 oktyabr 2022 11:30 (UTC +04:00)

Xalq artistindən məktəbdəki davaya REAKSİYA: "Güclünün "adamı" var deyə..."

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, o, "Instagram" hesabında şagirdin məktəbdə sinif yoldaşını döyməsi ilə bağlı qalmaqallı məsələyə münasibət bildirib.

İfaçı paylaşımında bu sözləri yazıb:

"Vicdansızlıq etməyin, şeytana qoşulub Allahın əleyhinə getməyin! Güclünün "adamı" var deyə, fağırı incitməyin!

Ay "iki uşaq vuruşub" deyənlər, guya bilmirsiniz ki, vuruşarkən iki tərəfin vurması şərtdir? Guya bilmirsiniz ki, tək tərəf zərbə endirirsə, bu, cinayətdir?

Təbiətin qarşısında biz qarışqayıq, heç olmazsa, öz vicdanınız qarşısında qarışqa olmayın. Haqqı nahaqqa möhtac qoymayın".

Qeyd edək ki, şagirdlərin davası ilə bağlı məsələni  sosial şəbəkələrdə az sayda məşhur simalar reaksiya verib.

Xatırladaq ki, sentyabrın 30-da baş verən hadisədən sonra həmin şagirdlərdən  və valideynlərindən izahat alınıb, daha sonra məsələ ilə bağlı icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına göndərilib.

# 3699
avatar

Nigar Namiq

Oxşar yazılar

Xalq artisti burnuna  pirsinq   taxdırdı

Xalq artisti burnuna pirsinq taxdırdı

25 aprel 2024 , 14:54
Hollivud filmləri  tamaşaçıları aldatdığına görə tənqid edildi

Hollivud filmləri tamaşaçıları aldatdığına görə tənqid edildi

25 aprel 2024 , 13:48
“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

25 aprel 2024 , 12:31
Şəbnəm Tapdıq alman sevgilisindən  danışdı

Şəbnəm Tapdıq alman sevgilisindən danışdı

25 aprel 2024 , 10:52
Məşhur aktyor Hollivuda  qayıtmayacağını   bildirdi

Məşhur aktyor Hollivuda qayıtmayacağını bildirdi

24 aprel 2024 , 20:49
Gənc reperə ölüm hökmü  verildi

Gənc reperə ölüm hökmü verildi

24 aprel 2024 , 18:01
Qocalar evində qalan Alen Delonun son fotosu

Qocalar evində qalan Alen Delonun son fotosu

24 aprel 2024 , 16:33
Bahar həmkarına QARĞIŞ ETDİ

Bahar həmkarına QARĞIŞ ETDİ

24 aprel 2024 , 15:49