“WhatsApp”a  yeni funksiya   əlavə edildi
24 aprel 2022 07:50 (UTC +04:00)

“WhatsApp”a yeni funksiya əlavə edildi

“iPhone” smartfonları üçün “WhatsApp” messencerinin son versiyasında yeni funksiya əlavə edilib.

Lent.az Türkiyə mediasına istinadən verir ki, artıq səsli qrup zənglərində eyni vaxtda 32-dək istifadəçi iştirak edə bilər.

Qeyd olunub ki, bu imkan iOS-un 22.8.80 versiyasında mümkündür. Yeniləmə həmçinin tətbiqin təkmilləşdirilmiş interfeysini də əhatə edir.

Jurnalistlərin məlumatına görə, bu versiyaya yeni məxfilik parametri əlavə edilib. Belə ki, fotolarda “ürək” işarəsi ilə qeyd olunan sevimli media fayllara girişi bloklamaq imkanı yaradılıb. Portal vurğulayıb ki, messencerin öncəki təkmilləşdirmələrində olduğu kimi, bu funksiyaların bütün istifadəçilər üçün əlçatan olması bir həftə çəkə bilər.

# 3975
avatar

Oxşar yazılar