“Varlılar da ağlayır” serialının qəhrəmanları illər əvvəl və indi
20 may 2023 09:35 (UTC +04:00)

“Varlılar da ağlayır” serialının qəhrəmanları illər əvvəl və indi

1990-cı illərdə telekanallarımızda Cənubi Amerika seriallarının bumu yaşanırdı. Adına “sabun operaları” deyilsə də, Azərbaycan insanı üçün ( Eləcə də bütün SSRİ məkanı üçün) yeni olan bu janr çox maraqlı idi.

Lent.az xəbər verir ki, ilk dövrlərdə seriallar gündəlik yox, həftədə bir dəfə yayımlanırdı. Və hamı həftə sonunu səbirsizliklə gözləyib, tanımadığı ailələrin məişət qayğılarına baş vururdu.

Tanıdığımız ilk serial “Varlılar da ağlayır” adlı ekran işi olmuşdu. Bu Meksika serialı Çin, SSRİ, İspaniya və Filippini fəth etmiş, baş qəhrəman rolunu oynayan Veronika Kastroya dünya şöhrəti gətirmişdi. Bəs filmin baş qəhrəmanları indi haradadılar?

69 yaşlı Veronika Kastro indi oz kosmetik brendini yaradıb. Hərdən filmlərə də çəkilir.

Roxelio Qerra 81 yaşında vəfat edib. 61 serialda çəkilib.

64 yaşlı Gilyermo Kapetilo bir neçə dəfə evlənib, boşanıb. Çoxlu sayda sevgi romanları və serialları var. Əsl "qadın ovçusu" hesab olunur.

 Edit Qonsalis 2019-cu ildə xərçəng xəstəliyindən vəfat edib.

# 4416
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar