Üzdə mələk kimi görünüb, əslində cəllad kimi davranan məşhurlar
15 may 2023 14:11 (UTC +04:00)

Üzdə mələk kimi görünüb, əslində cəllad kimi davranan məşhurlar

Onların çoxlu sayda fanatları var. Hər kəs gördükləri rollara əsasən, onları sevir, real həyatda da çox gözəl xarakterləri olmalarına inanırlar. Amma əslində həqiqət başqa cürdür.

Lent.az real həyatda insanlarla yola gedə bilməyən məşhurlardan bəhs edəcək.

Hollivud ulduzu Culiya Robert film çəkilişlərində texniki heyətə qan uddurması ilə tanınan aktrisalardandır. Həddən artıq  kaprizləri olan bu xanımla işləmək cəhənnəm əzabına çevrilir. Kameralar çəkməyəndə o ətrafdakılara bağırıb, çığırır, kobudluq edir.

 Cenifer Lopez həddən artıq tələbkarlığı, xəsisliyi və acı dil olmasına görə, işçilərinin nifrətini qazanıb.

Oleq Bolduin də həddən artıq kobudluğu ilə tanınan aktyorlardandır. O bir dəfə qatıldığı toy dəvətində gəlinin  geyiminə şərab dağıtsa da üzr istəmək ağlına da gəlməyib.

Byus Villis də davakarlığı ilə bilinən məşhurlardandır.

Türk aktyorlarından kobud davranışı ilə tanınan aktyor Ahmet Mümtaz Taylandır. Deyilənə görə, film çəkilişləri zamanı hamının yediyini burnundan gətirən, acı dilli, kobud  Taylanı iş zamanı gülümsəyən halda görən olmayıb. Bir dəfə aktyor Cengiz Bozkurt onunla bu davranışına görə, əlbəyaxa dava edib.

 Rejissor Nuri Bilge Ceylan da işlədiyi aktyorları, filmin çəkiliş komandasını həddən artıq təhqir etməsi, kobud davranması ilə şöhrət qazanıb.
 

# 3594
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar