"Üç-dörd  başı xarab   xarakterimi üzə çıxardı" - Nazilə Səfərli -  VİDEO
27 mart 2023 19:22 (UTC +04:00)

"Üç-dörd başı xarab xarakterimi üzə çıxardı" - Nazilə Səfərli - VİDEO

Tanınmış şairə Nazilə Səfərli müzakirələrə səbəb olacaq açıqlama verib. 

Lent.az xəbər verir ki, "Özəl Tube" proqramında necə məşhur olmasından söhbət açıb:

"Şeirimdən, ifamdan əlavə məni xarakterim məşhur etdi. Xarakterimin üzə çıxmağına üç-dörd başı xarab kömək etdi. Çox şükür Allaha ki, onları mənə yetirdi. Elə bil ki, göydə axtarırdım, yerdə əlimə düşdülər. Deyirlər, yaxşı ki, məni qayadan atdın, yoxsa qanadlarımın olduğunu bilməyəcəkdim".

Bundan başqa, şairə gəlin və qayınana məsələsi haqqında da danışıb:

"O qədər ucuz ömrüm yoxdur ki, onu gəlinə irad bildirməklə yaşayım. Mən qiymətliyəm. Gəlin qabı yumadı, gəlin gec yuxudan oyandı, nəyimə lazımdır? Bəzi qayınanaların mövzuları çox dəxilsizdir. Gəlindən nə istəyirsən?".

Nazilə Səfərlidən gəlin və qayınanalar haqqında danışdı

# 2517
avatar

Nigar Namiq

Oxşar yazılar