Türkiyə onlardan danışır – Boşanan cütlük məhkəmədən əl-ələ çıxdı
30 may 2023 10:59 (UTC +04:00)

Türkiyə onlardan danışır – Boşanan cütlük məhkəmədən əl-ələ çıxdı

Türkiyəli iki məşhur aktyor Mehmet Aslantuğ və Arzum Onanın boşanması ölkə gündəminə çox maraqlı məqamla damğa vurub.

Lent.az-ın xəbərinə görə, 27 illik evlilikdən sonra boşanmağa qərar verən cütlük məhkəmə salonuna əl-ələ gəlib, boşandıqdan sonra da eyni qaydada maşınla gediblər. Məhkəmə cəmi 10 dəqiqə sürüb. 

Türkiyədə qadınlara qarşı cinayətlərin artması, boşandıqdan sonra keçmiş ərlərin keçmiş arvadlarına qarşı düşmən kimi davranması fonunda aktyorların bu şəkildə ayrılması nümunəvi davranış kimi təqdir olunub. 


 

# 2301
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar