Tanınmış repçinin klip çəkilişində  ATIŞMA:  10 yaralı...
06 yanvar 2023 14:45 (UTC +04:00)

Tanınmış repçinin klip çəkilişində ATIŞMA: 10 yaralı...

Məşhur repçi Frenç Montananın klip çəkilişi meydançasında atışma zamanı 10 nəfər yaralanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Amerikanın Florida ştatında klip çəkilişi zamanı baş verib. 

Məlumatlara əsasən, yanvarın 5-də axşam saat 8-də “The Licking” restoranının yaxınlığında atışma səsləri eşidilib. Şəhərin polis idarəsi atışma faktını təsdiqləsə də, istintaq tamamlanana qədər təfərrüatları açıqlamaqdan imtina edib. 

Polislərdən biri deyib ki, xəsarət alanlardan 4-ü xəstəxanaya çatdırılıb, daha 6 nəfərə tibbi yardım göstərilib. 

Qeyd edək ki, Frenç Montana hadisə ilə bağlı heç bir açıqlama verməyib.

# 2418
avatar

Nigar Namiq

Oxşar yazılar