Tanınmış fenomen həyatını itirdi –  Saxta həkimin  qurbanı oldu 
11 may 2023 14:36 (UTC +04:00)

Tanınmış fenomen həyatını itirdi – Saxta həkimin qurbanı oldu 

Kim Kardaşyana bənzərliyi ilə diqqət çəkən sosial media fenomeni və model Ashten G. plastik əməliyyatdan sonra dünyasını dəyişib.

Lent.az xəbər verir ki, sosial mediada Ashten G. kimi məşhurlaşan əsl adı Kristina Aşten Qurkani olan məşhur modelin 34 yaşı var idi. 

Kim Kardaşyana bənzəmək üçün çoxsaylı plastik əməliyyatlar keçirən Ashten G. estetik asılılığını dayandıra bilməyib və çox böyük sinə və omba implantlarından istifadə etməyə başlayıb.

Kaliforniyada bir otel otağında omba iynəsi vurulduqdan sonra dünyasını dəyişən Ashten G-nin əməliyyatını edən şəxsin Floridadan olan Vivian Gomez adlı saxta həkim olduğu üzə çıxıb.

San Mateo dairəsinin prokuroru Stiv Vaqstaffın dediyinə görə, Qomez aprelin 19-da Kristinanın ombasına bir neçə iynə vurub.

50 yaşlı həkim Qomez aprelin 20-də Fort Lauderdale hava limanında qaçmağa çalışarkən həbs edilib. Qomez indi adam öldürməkdə və özünü saxta həkim kimi göstərməkdə ittiham olunur.


 

# 3198
avatar

Sevinc Fərid

Oxşar yazılar