Tanınmış aparıcıdan kənddən  POZALAR
27 mart 2023 12:02 (UTC +04:00)

Tanınmış aparıcıdan kənddən POZALAR

Tanınmış teleaparıcı Leyla Quliyeva paylaşımı ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, daim şıq geyinən aparıcı Lənkəranda çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında yayımlayıb.

Leylanın geyindiyi rəngarəng şal və yaylıq, başının üstünə qoyduğu səbət də marağa səbəb olub.

O, paylaşıma bu sözləri yazıb:

"Komfort zonadan qaçış! Əks halda heç nə dəyişməyəcək. Özümüzə inam da itəcək. Güc də azalacaq, çünki lazım olmayacaq. Heyfdir axı. Biz axı daha çoxuna qadirik. Biz axı düşündüyümüzdən də bacarıqlıyıq.

Kəpənəklər öz qanadlarının nə qədər gözəl olduğundan xəbərsizdir, halbuki ətrafda hər kəsi bu gözəllik valeh edir. Biz axı kəpənəkdən bir az ağıllı olmalı idik… Bu fikirlər ağlıma çay yığanda gəldi. Çay yığa bilməsəm də, şəkil çəkdirdim".

Qeyd edək ki, fotoları Leyla Quliyevanın həyat yoldaşı Abbas Quliyev və onun dostları lentə alıb. 

# 3018
avatar

Nigar Namiq

Oxşar yazılar