Tanınmış aktrisa:   "30 yaşdan sonra evlilik üçün ideal zamandır"
02 mart 2023 18:32 (UTC +04:00)

Tanınmış aktrisa: "30 yaşdan sonra evlilik üçün ideal zamandır"

Türkiyənin çox sevilən aktrisası Eda Ece “Elle” jurnalına maraqlı açıqlamalar verib. 

Lent.az xəbər verir ki, o, yaxınlarda evlənəcəyi sevgilisi basketbolçu Buğrahan Tuncerlə münasibətindən danışıb. 

“Bu yay ailəmə və sevgilimə vaxt ayıracağam. Bir az istirahətə ehtiyacım var. Buğra ilə 2 pişik və 2 itimiz var. Daha bir it övladlığa götürməyə çalışırıq. Onlar bizim uşaqlarımız kimidir. Onlara çox yaxşı baxırıq. 

Münasibətimizdə çox deyib-gülən tərəf mənəm. Eqoist deyiləm. 30 yaşdan sonra evlilik və uşaq sahibi olmaq üçün ideal zamandır. Mən heç vaxt evliliyin əleyhinə olmamışam”, - aktrisa bildirib. 


 

# 3069
avatar

Oxşar yazılar