Taleh Yüzbəyov : "Bunların "əbəjdadını" söyün, zəhmət olmasa"
17 mart 2023 10:33 (UTC +04:00)

Taleh Yüzbəyov: "Bunların "əbəjdadını" söyün, zəhmət olmasa"

Tanınmış aktyor Taleh Yüzbəyova qarşı dələduzluq olunub.

Lent.az xəbər verir ki, o, bu barədə "Facebook" hesabında məlumat verib.

Aktyor bildirib ki, onun adına səhifə açılıb, saxtakarlıq edilir:

"Dostlar, qarşınıza mənim adımdan yarış və ya hədiyyə təklif edən səhifə çıxarsa, inanmayın! Saxtakarlıqdır. Sizi aldada bilərlər. Xahiş edirəm, ehtiyatlı olun! Həmin səhifəni şikayət edin və "əbəjdadını" söyün, zəhmət olmasa".

# 2901
avatar

Nigar Namiq

Oxşar yazılar