"Söyüş söyərək seti tərk etdi" - Çəkiliş zamanı dava
12 yanvar 2023 10:05 (UTC +04:00)

"Söyüş söyərək seti tərk etdi" - Çəkiliş zamanı dava

"Ego" serialının baş rol obrazları Melisa Aslı Pamuk və Alperen Duymaz mübahisə edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Pamukun ötən bazar günü çəkilişlərə gecikdiyi, bu səbəbdən əsəbiləşən Duymazla həmkarı arasında qəzəbli mübahisə yaranıb.

Alperen Duymaz xəbərin mətbuata əks olunmasından sonra Twitter hesabından açıqlama verib. Pamukun həmişə çəkiliş meydançasına gecikdiyini vurğulayan aktyor "Melisadan niyə gecikdiyini soruşdum. Onun verdiyi qeyri-ciddi cavab və həyasız münasibətdən əsəbiləşdim" deyib.

Alperen Duymazın açıqlamasını təqdim edirik:

"Əvvəlcə hər kəsə salam. Keçən bazar çəkiliş meydançasındakı uzun müddət davam edən gərginlikdən yazıram. Melisanın çəkiliş meydançasına gecikməsini və ekipajı gözləməsini anlamağa çalışarkən onun həmin gün gecikməsinin səbəbini soruşdum. "Nə oldu, niyə gecikmisən, Melisa?" Bu qeyri-ciddi cavabdan və həyasız münasibətdən sonra əsəbiləşdim və uzaqlaşdım. Bununla da müzakirə başladı...

Bu müzakirə nəticəsində Melisa məni söyərək çəkiliş meydançasını tərk etdi. Hüquqlarımı qorumağa çalışdım və çalışıram. İnsanlar işlərinin tələb etdiyi saatlarda iş başında olur və hər hansı nasazlıq olarsa, açıqlama verirlər. Bütün komandanın hazır olub Melisanı gözləməsini, heç nə olmamış kimi gülümsəməsi Melisanın qeyri-ciddi münasibətini həzm edə bilmirdim. Ola bilər ki, izah etməyə məcbur deyiləm, amma həqiqəti əks etdirməyən bu yalan xəbərlərə cavab vermək istədim. Əgər sizin gündəminizi belə bir şeyə görə zəbt etmişəmsə, üzr istəyirəm".

# 2859
avatar

Fidan İlqar

Oxşar yazılar