“Soyulmuş yumurta kimi xanım 22 il  ərsiz yaşaya bilər?  ” - Elgiz Əkbər
30 dekabr 2022 10:35 (UTC +04:00)

“Soyulmuş yumurta kimi xanım 22 il ərsiz yaşaya bilər? ” - Elgiz Əkbər

Sosial şəbəkədə aparıcı Elgiz Əkbərlə məşhur qarmon ifaçısı Gövhər Rzayeva arasında gedən maraqlı dialoğun görüntüləri yayılıb. 

Lent.az xəbər verir ki, Elgiz Əkbər Gövhər Rzayevaya “sizin kimi gözəl-göycək, soyulmuş yumurta kimi bir xanım 22 il ərsiz qalıb. Belə şey olar? Yəni bu həqiqətdir?”, - deyə soruşub.

Onun bu sualına G.Rzayeva “ərim də, oğlum da, qızım da qarmondur” cavabını verib.

“Bu günə qədər evlilik təklifləri olmayıbmı?” sualına Gövhər Rzayeva “mənim xərcim çoxdur, məni almaq heç kimə sərf eləməz. Özüm-özümü saxayandan sonra neynirəm o kişini? Evdə yeyənlərim çoxdur. Ərim getdi ağzının dadını dəyişməyə, hərdən döşəməli aşdan sonra sup da yemək lazım imiş. Qayıdanda da artıq o mənə lazım olmadı”, - cavabını verib.

# 3069
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar