Şeyma Subaşının hesabı bağlana bilər? - Əylənməyə doymur...
27 fevral 2023 12:05 (UTC +04:00)

Şeyma Subaşının hesabı bağlana bilər? - Əylənməyə doymur...

Türkiyə xalqı hüzndə olan bir zamanda sosial şəbəkə fenomeni Şeyma Subaşı əyləndiyi anları göstərməkdən doymaması ona baha-başa gəldi.

Lent.az xəbər verir ki, "Instagram" hesabında tez-tez istirahətdən, açıq-saçıq paylaşımlar etməyə davam edən Şeyma 400 min izləyicisini itirib.

Üstəlik rəqs edərək əyləndiyi görüntüləri paylaşan fenomenin hesabı şikayət olunub.

Hətta sosial şəbəkələrdə Şeyma Subaşının hesabının bağlanması üçün kütləvi paylaşımlar edilir.

Onu da qeyd edək ki, hekayəsinə "Belə bir vaxtda kimisə günahlandırmaqdansa, birləşməliyik. Bir-birimizə yardım etməliyik. Bu hadisə bizə dərs almağımızı öyrətdi. Bizi yaxşılıq qurtaracaq" - kimi sözlər yazan Şeyma Subaşı Mayamidə dincəldiyini də paylaşıb. 

# 2262
avatar

Nigar Namiq

Oxşar yazılar