Gülben Ergenin yıxılma anı
09 may 2022 18:07 (UTC +04:00)

Gülben Ergenin yıxılma anı

Səhnədə yıxılan məşhur müğənni GÖRÜN NƏLƏR DEDİ? - VİDEO

Məşhur müğənni Gülben Ergen “Düzcüspor” klubunun Türkiyə çempionatının 2-ci liqasında qrupda çempion olması münasibətilə konsert verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, konsert zamanı həyəcanlı anlar yaşanıb. Belə ki, müğənni qəflətən halı pisləşərək yıxılıb. O, ayağa qalxıb özünə gəldikdən sonra konsertə qaldığı yerdən davam edib.

Lakin ikinci dəfə yenə yıxılıb və bu zaman əraziyə ambulans çağırılıb. Gülben Ergen ambulansla xəstəxanaya aparılıb. Müğənni hadisə ilə əlaqədar təəssüratlarını sosial şəbəkə hesabında bölüşüb:

“Düzceden geriyə qalanlara baxdım. İlk dəfə səhnədən ambulansa oradan da xəstəxanaya aparıldım. Yıxılandan sonra bütün gücümlə səhnəyə qayıtdım. Səhnədə qusdum. Düzceyə gələrəkən oğlumun da mədəsi bulanmışdı. Bura çatanda digər oğlum da xəstələnmişdi. Bilmirəm evdə xəstələndim ya nədirsə, analar günündən mənə bu cür xatirə qaldı. Axtaran, yazan, zəng edən dostlara təşəkükr edirəm, dostluq, qardaşlıq ölməyib”.

Gülben Ergen səhnədə yıxıldı

# 3723
avatar

Oxşar yazılar