Seda Sayan bu ərindən də BOŞANIR?
06 mart 2023 10:07 (UTC +04:00)

Seda Sayan bu ərindən də BOŞANIR?

On ay əvvəl Çağlar Ökten ilə evlənən Türkiyənin məşhur müğənnisi Seda Sayanın ərindən ayrıldığı deyilir.

Lent.az xəbər verir ki, onlar bir müddətdir sosial media hesablarında bir-birinə aid paylaşımlar etmir.

İddialara görə, aralarında soyuq küləklərin əsdiyi deyilən cütlük ayrılıb. Lakin bütün yayılan xəbərlərə baxmayaraq, Seda və Çağlar cütlüyü mətbuata hələ heç bir açıqlama verməyib.

Qeyd edək ki, bu, Seda Sayanın yeddinci evliliyidir.

 

# 3786
avatar

Nigar Namiq

Oxşar yazılar