Salma Hayek  seksual görünmək üçün  kilsədə dua etdi
05 may 2023 16:01 (UTC +04:00)

Salma Hayek seksual görünmək üçün kilsədə dua etdi

Dünya şöhrətli Hollivud ulduzu Salma Hayek özü barədə çox maraqlı açıqlamalar verib.

Lent.az-ın məlumatına görə, 57 yaşı olmasına baxmayaraq, hələ də dünyanın ən cazibədar xanımlarından sayılan aktrisa gəncliyində döşləri böyük olsun deyə kilsədə dua edib.

“Sinif yoldaşlarımızla birlikdə müqəddəz ziyarətgahlardan birinə getmişdik. Orada kilsə var idi. Qızlar dedilər ki, bu kilsədə hansı duanı eləsən Tanrı eşidir. Hər kəs dua edib kilsədən çıxdıqdan sonra,  “çantam orda qalıb” deyə bəhanə gətirdim, yenidən kilsəyə qayıtdım. Əlimi müqəddəs suyla doldurub sinəmə tökdüm. Onda döşlərim yox idi. Taxta kimi dümdüz idim. Hamı deyirdi, sənin sinən olmayacaq. Kompleks hiss edirdim. Müqəddəs su ilə özümü islatdım ki, sinəm bitsin. Deyəsən Tanrı məni eşitdi. İndi hər kəs mənim sinəmin gözəlliyindən danışır”, - o bildirib.
 

# 2841
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar