Rusiyalı məşhurlar İsrail vətəndaşlığından  ÇIXARILA BİLƏR
06 dekabr 2022 17:42 (UTC +04:00)

Rusiyalı məşhurlar İsrail vətəndaşlığından ÇIXARILA BİLƏR

Rusiyanın məşhur şoumeni Maksim Qalkin və "Primadonna" Alla Puqaçova artıq bir müddətdir uşaqları ilə İsraildə yaşayırlar. 

Lent.az xəbər verir ki, mətbuatda yayılan məlumatlara əsasən, Rusiyanı tərk edən komediya aktyoru və onun həyat yoldaşı İsrail vətəndaşlığından məhrum edilə bilər. 

Məsələ burasındadır ki, İsrail qanunlarına görə, inancını bilərəkdən dəyişən yəhudilər vətənə qayıtmaq hüququndan məhrum edilirlər. Buna uyğun olaraq, geri qayıtmaq qanununa görə Maksimin İsrail pasportu almaq hüququ yoxdur.

Xatırladaq ki, Maksim Qalkin beş il əvvəl pravoslavlığı qəbul etdikdən sonra Alla Borisovna ilə evlənib. Puqaçova isə 1994-cü ildə həmkarı Filip Kirkorovla Yerusəlimdə evlənib.

Qeyd edək ki, onların İsrail vətəndaşlığından çıxarılması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 

# 2625
avatar

Nigar Namiq

Oxşar yazılar