Rəqqasə Renkadan ÜSYAN:  "O demək deyil pozğunam..."
31 avqust 2022 17:02 (UTC +04:00)

Rəqqasə Renkadan ÜSYAN: "O demək deyil pozğunam..."

Tanınmış rəqqasə Renka (Rəna Ağamuradova) sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.

Lent.az xəbər verir ki, o, "Instagram"da bir dəstə gül ilə birgə paylaşdığı fotolara yazılan tənqidi şərhlərə reaksiya bildirib:

"Ay xanımlar, ay qurban olum sizə, mən sənətçiyəm. Mən xanımam, mənə kimsə öz qayğısını göstərirsə, o demək deyil ki, pozğunam. Bu nə fikirlərdir, mənə çatmır. Mən əgər gülü sevirəmsə və alıramsa, sizə hədiyyə edən yoxdusa, o, mənim günahım deyil. "Mən əxlaqlıyam, ona görə gül vermirlər. Sən pozğunsan, sənə verirlər" - sizin düşüncənizə sözüm yoxdur. Sadəcə, ayıb olsun sizə".

Qeyd edək ki, daim qalmaqallarda adı hallanan Rəna Ağamuradova xına, doğum günü və əyləncəli məclislərdə rəqqasə kimi çıxış edir. 

 

# 6045
avatar

Nigar Namiq

Oxşar yazılar