Pınar Deniz  OD PÜSKÜRDÜ:   "Niyə ölürük?"
16 mart 2023 13:06 (UTC +04:00)

Pınar Deniz OD PÜSKÜRDÜ: "Niyə ölürük?"

Türkiyənin məşhur aktrisası Pınar Deniz paylaşımı ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, o, "Instagram" hesabında Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlər üçün toplanan yardımlar barəsində paylaşım edib. 

Pınar paylaşımda "Biz niyə ölməyə davam edirik? Toplanan pullar haradadır? Biz niyə o gecənin şəriki olduq? Həqiqətən, bezdim artıq", - qeyd edib.

Xatırladaq ki, Pınar Deniz də daxil olmaqla bir neçə məşhur sima ötən ay pul toplanması üçün "Türkiyə tək ürək" yardım kampaniyasında iştirak edib. Proqramda zəlzələdən əziyyət çəkən insanlar üçün 120 milyarda yaxın vəsait toplanıb. 

# 3048
avatar

Nigar Namiq

Oxşar yazılar