Övladlıq götürmüş məşhurlar - SİYAHI
07 sentyabr 2023 12:36 (UTC +04:00)

Övladlıq götürmüş məşhurlar - SİYAHI

Lent.az övladlıq götürmüş Hollivud ulduzları haqqında məlumatı təqdim edir. 

İlk olaraq Ancelina Coli və Bred  Pittdən bəhs edək. Onlar birlikdə ikən  4 uşaq övladlığa götürüblər. Onların 3 doğma uşağı da var. Ayrıldıqdan sonra bütün uşaqlar Colinin himayəsində qalıb.

Xyu Cekman və onun xanımı Deborra 2 uşaq övladlığa götürüb.

Şarliz Teron 2012-ci ildə CAR-dan Cekson adlı bir qaradərili uşağı övladlığa götürüb.

Şeron Stoun 3 oğlana analıq edir.

Stiven Spilberq 7 uşağa tərbiyə verib. Bunlardan dördü  bioloji övladıdır, üçünü uşaq evlərindən himayəyə götürüb.

Madonna iki qaradərili oğlanı övladlıq götürüb.

Tom Kruz və Nikol Kidman evliykən bir qız və bir oğlanı övladlıq götürmüşdülər.

Azərbaycanlı məşhurlardan eyni addımı müğənni Roza Zərgərli atıb. O qızı ilə bərabər 5 uşaq böyüdüb.
 

# 2940
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar