Orxan dostu Rəşad Dağlıdan  DANIŞDI:  "Heç kim adını çəkmir" -  VİDEO
13 mart 2023 19:15 (UTC +04:00)

Orxan dostu Rəşad Dağlıdan DANIŞDI: "Heç kim adını çəkmir" - VİDEO

Tanınmış meyxanaçı Orxan Lökbatanlı uzun müddətdən sonra dostu, hazırda həbsdə olan Rəşad Dağlı haqqında danışıb. 

Lent.az xəbər verir ki, o, "Səhərin mərkəzi" verilişində Rəşad və digər meyxanaçılar haqqında fikirlər söyləyib:

"Bu gün Rəşad Dağlı bizimlə deyil. Allah ömür versin. Dünənə qədər burada idi, heç kim Rəşadın adını çəkmirdi. Tək Rəşad yox, digər meyxanaçılar haqda da danışmırdılar.

Vüqar Biləcəri sağ idi, adını çəkən yox idi. Gözləməyək ki, kimsə ölsün, başına nəsə gəlsin, adını çəksinlər. Niyə adam öləndən sonra qiymətə mindirilir? Düzdür, ustadları unutmaq olmaz. Amma indikiləri də unutmayın".

Xatırladaq ki, Rəşad Dağlı tanışı İsgəndər Mehdiyevi qətlə yetirməkdə ittiham olunur.

Meyxanaçı Orxan Lökbatanlı dostu Rəşad Dağlı haqqında danışdı

# 4368
avatar

Nigar Namiq

Oxşar yazılar