"Onun yolu ilə getsəydik,  zirvələrdə olardıq"  - Vasif Məhərrəmli
30 may 2022 11:24 (UTC +04:00)

"Onun yolu ilə getsəydik, zirvələrdə olardıq" - Vasif Məhərrəmli

Müğənni Vasif Məhərrəmli sənəti ilə bağlı açıqlamalar verib. 

Lent.az xəbər verir ki, o, bu barədə aparıcısı Roza Zərgərli olan “Tam vaxtıdır” verlişində danışıb. 

Onun fikrincə, bu sənətdə qalmaq istəyənlər, aza qane olmalıdır. Prodüser Asif Kərimov haqqında da danışan müğənni bunları deyib: 

“Mətanət İsgəndərli, Elnarə Abdullayeva, yəni biz Asif Kərimovu dinləsəydik, onun dediyi yol ilə getsəydik, zirvələrdə olardıq. Həyatda pulun çoxluğuna, azlığına, evin böyüklüyünə-kiçikliyinə, bütövlükdə aza qane olmaq yaxşı şeydir. Allah yanında da qəbul olunandır. Amma bu sənətdə yox. Bu sənətdə ancaq zirvəyə doğru qalxmalısan”. 


 

# 3717
avatar

Sevinc Fərid

Oxşar yazılar