Nurgül Yeilçay necə arıqlamasından danışdı - 16 kilo verdi
05 iyun 2023 11:36 (UTC +04:00)

Nurgül Yeilçay necə arıqlamasından danışdı - 16 kilo verdi

 “Veda mektubu” serialı ilə evlərimizə qonaq gələn aktrisa Nurgül Yeşilçay gözəlliyi və zərifliyi ilə izləyicilərini heyran edir. 48 yaşlı aktrisanın 38 bədən ölçüsünə qədər zərifləşməsi izləyicilərinin marağına səbəb olub.

Lent.az-ın xəbərinə görə, dünən İstanbulun “Nişantaşı” məhəlləsində kameralara yaxalanan aktrisa necə arıqlaması barədə verilən sualları belə cavablandırıb.

“Sadəcə ac qaldım. Filmdə oynadığım Alanur obrazı çox baxımlı qadındır. Bu rolu almaq üçün 16 kilo verdim. Alışana qədər çox çətin idi. Yatmazdan 4 saat öncə yeməyi dayandırırdım. Yuxudan durduqdan sonra da 4 saat ac qalırdım. Çörək və şirniyyat da yox. Bir az da fiziki aktivlik. Və mən bacardım”,- deyə aktrisa qeyd edib.


 

# 2076
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar