Narkomaniyadan əziyyət çəkən məşhur model  müalicə alır  - FOTO
10 mart 2023 14:08 (UTC +04:00)

Narkomaniyadan əziyyət çəkən məşhur model müalicə alır - FOTO

Narkotik asılılığından əziyyət çəkən məşhur model, aktrisa Cara Delevingne açıqlamaları ilə gündəmə gəlib. 

Lent.az xəbər verir ki, “Vogue” jurnalı üçün kamera qarşısına keçən 30 yaşlı model müalicə aldığını açıqlayıb.

O, müsahibəsində vəziyyətinin yaxşı olmadığını anlayıb müalicəyə başladığını etiraf edib:

“Yaxşı olmadığımı anladığım an ətrafımda bir çox insan mənim üçün narahat idi. Mən isə özüm üçün heç də narahat deyildim. Çünki bu, xəstəliyin özü idi. Asılılıq belə bir şeydir. Bir həftə narkotikə ara vermək əvəzinə uzun müddətlik bir müalicə prosesi keçirəm. “Təmiz” olmaq çox gözəl bir hissdir. Düzdür, bu xəstəlik tez zamanda sağalmır. Vaxt lazımdır”.

Model-aktrisa bir aydır narkotik vasitə istifadə etmədiyini də söyləyib. 

Qeyd edək ki, ötən il Cara Delevingnenin üst-başı bərbad vəziyyətdə və pis halda küçədə görülməsi xeyli müzakirəyə səbəb olmuşdu..

# 2964
avatar

Nigar Namiq

Oxşar yazılar