Müşviq Şahverdiyev “Komedixana”da  söyüş məsələsindən DANIŞDI
21 yanvar 2023 16:04 (UTC +04:00)

Müşviq Şahverdiyev “Komedixana”da söyüş məsələsindən DANIŞDI

“Aktrisa Firuzə Balayeva ilə münasibətlərim yaxşı idi, ancaq verdiyi müsahibədən sonra ümumi danışdığına görə ondan küsmüşəm. Firuzə xanımın o sözləri səsləndirməsi bizə xoş gəlmədi. Ən azından illərlə burada yediyi çörəyin xətrinə bunu etməməli idi”.

Bu sözləri Lent.az-a açıqlamasında tanınmış aktyor Müşviq Şahverdiyev deyib. O, “Komedixana”da aktrisa Firuzə Balayeva ilə həmkarı Ənvər Abbasov arasında yaşanan qalmaqala və aktrisanın iddialarına münasibət bildirib:

“Firuzə xanımla münasibətlərim yaxşı idi, ancaq verdiyi müsahibədən sonra ümumi danışdığına görə ondan küsmüşəm. Əvvəla onu demək istəyirəm ki, “Komedixana” yaranan gündən oradayam və komandadan ilk dəfə gedən mən olmuşam. Bir çıxışdan sonra şəxsi məsələmə görə incidim və getdim. Ancaq bunu ictimailəşdirmədim. Hər şeyi yoluna qoyub komandaya yenidən qayıtdım. Firuzə xanımın isə o sözləri səsləndirməsi bizə xoş gəlmədi. Kollektivdə ona qarşı pis hərəkətlər olmayıb. Ən azından illərlə burada yediyi çörəyin xətrinə bunu etməməli idi. Firuzə xanımın həyat yoldaşı şəhiddir, özü də övladı ilə birgə kirayədə qalır deyə, həmişə ona yüksək şəkildə hörmət qoymuşuq. Onun pulunu kəsmək kişiyə yaraşan hərəkət deyil. Bilirsiniz, biz hamımız çox yaxınıq, ailəyik. Ona qarşı nə söyüş eşitmişəm, nə də ona düşən pul kəsilib. Kimsə kiməsə əsəbiləşəndə söyüş söymür guya? Bunu qırağa çıxarmaq nə dərəcədə düzgündür? Bu kollektivdəki insanlar ağılsız olsaydı, üç ildir ölkədə birinciliyi qazanmazdı”.

# 69117
avatar

Nigar Namiq

Oxşar yazılar